Türkiyədə dilənçinin üzərindən külli miqdarda pul çıxdı

09:00 - 6 Oktyabr 2022 - MARAQLI

Türkiyənin Yalova şəhərində vətəndaşlardan pul istəyən dilənçi saxlanılıb.

Ucnoqta.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, polis şöbəsinə aparılan dilənçinin üzərindən külli miqdarda pul aşkar edilib.

Dilənçidən çıxan pulu sayan polis qrupları məbləğin 12 min 40 lirə olduğunu təyin edib.

Barəsində protokol tərtib edilən S.G.-ya qarşı inzibati cərimə tətbiq edilib.

Xəbər xətti