Mərdəkan və Binədə narkotik alverçiləri tutulub - VİDEO

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Mərdəkan və Binə qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyatlar nəticəsində Sahib Əliyev və Vüqar Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri qeyd edilən qəsəbələrin ərazilərində satmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Tarix
5 Oktyabr 2022 [17:11]
Müəllif
Üç nöqtə
2022-10-05 17:11:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin