Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır

23:52 - 4 Oktyabr 2022 - HADİSƏ

Türkiyədə intihar edən azərbaycanlı qadının yaxınları axtarılır.

APA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Zeynalova Gülnar Füzuli qızının meyiti Dənizli vilayətində aşkar edilib.

G.Zeynalovanın meyiti hüquq-mühafizə orqanları tərəfindən morqa təhvil verilsə də, hələ ki, yaxınlarından heç kim müəyyən edilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məsələdən xəbərdardırlar: "Hazırda araşdırma aparılır".


Xəbər xətti