Ötən ay 4 min hektardan çox ərazi minalardan təmizlənib

13:12 - 3 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan Ucnoqta.az-a bildirilib ki, sentyabrın 1-dən 30-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Füzuli, Şuşa, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 1695 piyada əleyhinə mina, 747 tank əleyhinə mina və 1363 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4064,06 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti