Essyen “Səbail”i Ermənistan klubu kimi təqdim edənlərə cavab verdi – FOTO

16:12 - 2 Oktyabr 2022 - Xəbər

Xəbər verdiyimiz kimi “Transfermarkt” portalı Azərbaycanın “Səbail” klubunu Ermənistan təmsilçisi kimi təqdim edib. Resurs komandamızın adı qarşısında Ermənistan bayrağının təsvirini yerləşdirib.

Buna cavab olaraq məşhur futbolçu Maykl Essyen məlumatın yalnış olduğunu bildirib.

“Nümayiş olunan bayraq səhvdir. Zəhmət olmasa düzəldin. Mənim son klubum “Səbail” Azərbaycandandır”, - deyə o, yazıb.


Xəbər xətti