"Qarabağ"ın oyununa biletlər satışa çıxarıldı

19:43 - 29 Sentyabr 2022 - İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı üçün biletlər sentyabrın 30-u saat 11:00-da satışa çıxarılacaq.

Ucnoqta.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki,  biletlərin qiyməti qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah yalnız onlayn qaydada (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq.

Qeyd edək ki, oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Xəbər xətti