“Bir neçə ay əvvəl Ronaldunun problemləri var idi”

11:13 - 29 Sentyabr 2022 - MARAQLI

Psixologiya professoru, yazıçı Cordan Peterson Kriştiano Ronaldunu ziyarət etməsindən danışıb.

“Məni öz yanına dəvət etdi. Bir neçə ay əvvəl onun həyatında problemlər yaranmışdı və onun dostu Kriştianoya mənim bir neçə videomu göndərmişdi. Ronaldu onlara baxdığını və sonra kitablarımdan birini oxuduğunu və bunun çox faydalı olduğunu söylədi.

O, mənimlə danışmaq istədi və mən onun evinə gəldim. İki saata yaxın danışdıq.
Mənə yaxşı formada qalmaq üçün istifadə etdiyi bütün avadanlıqları da göstərdi, şirkətləri haqqında məlumat verdi, lakin daha çox onun gələcəkdən nə istədiyi barədə, qarşılaşdığı bəzi maneələrdən danışdıq. Deyərdim ki, bizim strateji söhbətimiz oldu”, – Peterson jurnalist Piers Morqanla müsahibəsində deyib.

Pünhan

Xəbər xətti