Ana səhifə
18 Noyabr 2018

Pekin marafonu üzərində qatı duman...

Çinin paytaxtı Pekində qatı dumana baxmayaraq, 34-cü Pekin marafonu baş tutub. Son bir neçə sutka ərzində şəhər üzərinə çökən sis qatı ilə əlaqədar marafonun baş tutmayacağı ehtimalı var idi. Bəzi idmançılar hava şəraiti ilə əlaqədar qaçmaqdan imtina edib, bəziləri isə respirator maska taxaraq yarışda iştirak ediblər. 

Təşkilatçıların sözlərinə görə, marafonu təxirə salmaq çətin məsələ idi, çünki marafonda iştirak etmək üçün bütün dünyadan Pekinə xeyli sayda idmançı gəlmişdi. 

Marafon iştirakçıları Pekinin Olimpiya parkında start götürüblər. Start vaxtı sis güclü olduğundan idmançıların uzağı görmə dərəcəsi kəskin aşağı düşmüşdü. 

Hava şəraitinə baxmayaraq, uğurla başa çatan Pekin marafonunda həm kişilər, həm də qadınla arasında Efiopiya təmsilçiləri qalib gəlib.(ans press)

Tarix
19 Oktyabr 2014 [19:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin