DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA - VİDEO (YENİLƏNİB)

17:21 - 28 Sentyabr 2022 - Cəmiyyət

Daxili İşlər Nazirliyi Bakıda küçədə gecələyən uşaqlarla bağlı açıqlama verib. 

Qurumdan Oxu.Az-a bildirilib ki, uşaqlar polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tapılıb.

Qeyd edilib ki, hazırda onların aidiyyəti üzrə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

10:50

Bakıda iki qardaş küçədə gecələyib.


Bu barədə müğənni Emma Ələkbərzadə feysbuk səhifəsində paylaşım edib.

O qeyd edib ki, Bakının Nəsimi rayonu ərazisində yerləşən Nəsimi heykəlinin arxasında iki qardaş gecəni küçədə keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurumun əməkdaşları əraziyə yönləndirilib və məsələ araşdırılacaq.

Xəbər xətti