Messi azarkeşin kürəyinə imzasını çəkdi

09:07 - 28 Sentyabr 2022 - İDMAN

Argentina millisinin futbolçusu Lionel Messi Yamaykaya qarşı keçirilmiş yoldaşlıq oyununda azarkeşin kürəyinə imzasını çəkib.

Ucnoqta.az "Report"a istinadən məlumatına görə, 35 yaşlı hücumçunun ilk qolundan sonra fanatlardan biri meydana daxil olub.

Daha sonra mühafizəçilər tərəfdarı oradan uzaqlaşdırıb.

Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 13-cü dəqiqədə Xulian Alvares, 87 və 89-cu dəqiqələrdə isə Lionel Messi vurub.

Qeyd edək ki, Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 35-ə yüksəldib. Yığma son olaraq 2019-cu ildə Amerika Kubokunun ilk yarımfinal qarşılaşmasında Braziliyaya 0:2 hesabı ilə uduzub.

 

Xəbər xətti