Ana səhifə
16 Noyabr 2018

Sənət adamlarından nümunəvi ailəyə fərqli yanaşma...

Naidə Orucova: «Bizim sənətlə ailə heç vaxt tutmur»

 

 

Əbdül Mahmudbəyov: «Qazancı olan şou xanımlarına həvəs göstərən oğlanların 90 faizi alfonsdur»

 

 

Həyatda eyni sənət və peşəyə sahib olan insanların ailə qurmasına çox rast gəlirik. Bunlardan biri də aktyorun aktrisa ilə evlənməsi və ailə sahibi olmasıdır. Aktyor və aktrisaların həyatına nəzər saldıqda bir çoxunun yaxşı ailələri olduğu halda, ayrılan sənət adamları da az deyil.  Əməkdar artist Naidə Orucova “Üç nöqtə”yə bildirdi ki, aktrisanın həyat yoldaşı akrtyor olmamalıdır: “Mən əvvəllər fikirləşirdim ki, aktyorla aktrisanın ailə qurması yaxşı və uğurlu alınar. Onların eyni sənətə xidmət etmələri, dünyagörüşləri, fikirləri, maraq dairləri eyni olduğu halda bir-birilərini yaxşı başa düşərlər. Ancaq illər keçdikcə təcrübədən görürük ki, aktyorun yoldaşı aktrisa, aktrisanınn yoldaşı aktyor olmamalıdır. Çünki onların fikiləri fərqli olmalıdır ki, maraq doğursun.  Düşünürəm ki, yoldaşım başqa sənət sahibi olsaydı bəlkə də bu gün mənim ailəm dağılmazdı və daha da möhkəmlənərdi. Fikirləşirdim ki, yoldaşım aktyordur və məni ən yaxşı o başa düşər. Amma əksinə oldu.  Bizim sənət çox qısqanc sənətdir və başqa sənət insanı ilə ailə qurmağa uyğun gəlmir. Baxmayaraq ki, öz sənətimizlə də uyğun gəlmir. Sənətimiz yalnız fəaliyyətdə olmağı tələb edir. Ona görə də bizim sənətlə ailə heç vaxt tutmur. Ya sənətinlə məşğul olmalısan, ya da ailəni tutmalısan. Məsələn, Musiqli Teatrda aktrisa Gültacla aktyor Hüseyn Əlililər ailəlidir və çox gözəl ailələri var. Bütün günü bir yerdədirlər və hər yerə də bərabər gedirlər. Hətta uşaqları da teartra gəlir. Bu sənət adamlarının birlikdə uğurlu evlilikləri üçün bir nümunədir. Ümumiyyətlə, insan gərək dərk eləsin ki, mənim ailəm var, ailəmin üstündə durmalıyam, ailəmi idarə etməliyəm. İstəyirəm ki, ailələr heç vaxt dağılmasın və qadınlar mübariz olsunlar. Kişilərdə sözlərinin üstündə dursunlar və ailələrinin qədrini bilsinlər”.

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov isə qeyd etdi ki, aktyor və aktrisalar göz önündə olduqları üçün onların həyatı insanlara daha maraqlı gəlir: “Çünki mədəniyyət adamları cəmiyyətdə sayılan, seçilən insanlardır. Ona görə də onların hər bir hərəkəti gündəmdədir və xalq belə hallara çox diqqətli və emosional yanaşır. Xalq sevdiyi sənətkarın hər bir hərəkəti, sözü və ailəsi haqqında məlumatları bilmək istəyir. Bu gün ən ləyaqətli ailə üzvləri, ən namuslu ailə xanımları da aktrisa və sənət aləmində olanların ailələridirlər. Bir-iki nəfər korlanmış və o sahəyə gəlmiş insanlar Azərbaycan mədəniyyət xadimləri və elm adamları üçün göstərici ola bilməz. Bəzən adi həyatda elə hadisələr görürük ki, insan bu iyrrəncliklərdən dəhşətə gəlir. Çox qəribədir ki, bu hadisələr şəhərdə yox, uzaq regionlarda baş verir. Və hansı ki, daim biz oradakı dəyərlərlə fəxr etmişik. Hərdən məndə elə bir fikir formalaşır ki, Allahım, deyəsən yenidən ibtidai dövrə qayıtmışıq. «Mağara düşüncəsi» ilə yaşayırıq. Bəzi insanlar ailə qurarkən nigah şəhadətnaməsi olmamaqla yanaşı, heç molla kəbinləri də olmur. Bu nə savadsızlıq, bu nə səviyyəsizlikdir? Dəhşət budur. Hər şey soydan, kökdən gəlir. Beş-üç nəfər insanın ailəsi nümunəvi ortaya qoyulursa, bu, bizim üçün göstərici olmamalıdır. Əsas göstərici Azərbaycan  xalqının içində baş verən hadisələrdir. İnsanın sənətindən, peşəsindən asılı olmayaraq ailənin daxilində yaşananları, problemləri heç kim bilməz və onlar ailəyə məxsusdur”

Ə.Mahmudbəyov sənət adamlarından Həsənağa Turabov, Rasim Balayev və bir çox tanınmış insanların yaxşı və nümunəvi ailələri olduğunu vurğuladı: «Eləcə də, eyni sənət aləmindən evlənən insanlardan Şəfiqə Məmmədova ilə həyat yoldaşı Mehdi Məmmədov, Amaliya Pənahova ilə Yusif Muxtarov və Brilliant Dadaşova ilə həyat yoldaşı, Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin çox gözəl ailələri var. Bu insanların ailələri insanlar üçün nümunə olmalıdır. Amma bu gün göz qabağında «Cip» və «Mersedes» markalı maşınlarda gəzən, evi, beş-üç manat qazancı olan şou xanımlarına həvəs göstərən oğlanların 90 faizi alfonsdur. Həmin bu alfons oğlanlar müəyyən bir mərhələyə çatana və özlərinə gün ağlayana qədər siyasət apararırlar. Hətta o xanımın çantasını, ənlik-kirşanını, paltarlarını götürürlər. Müəyyən bir mövqe tutduqdan sonra onların ailə faciəsi başlayır. Ad çəkmirəm, çünki şou aləmindən deyiləm. Təbii ki, sözüm bütün şou xanımlarına aid deyil. Amma kinoteatr aktyor və aktrisalarının çox az qazancları olur. Onlar sadəcə olaraq sənət fədailəridilər, az maaşa işləyirlər, talelərini də taetra bağlayırlar. Amma tamaşaçı və tarxi qabağında biz onlarla fəxr edirik. Biz bilmirik ki, onları gördüyümüz zaman hansı faciələr yaşayıblar”.

 

Rəqsanə

Tarix
22 Aprel 2015 [23:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin