14 gündən sonra nəşi tapılan şəhid dəfn olundu

22:49 - 27 Sentyabr 2022 - HADİSƏ

Sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

2003-cü il təvəllüdlü Elvin Elçin oğlu Abdullayev Bankə qəsəbəsində doğlub. Hərbi xidmətdən evə gəlməyə bir aydan da az vaxt qalıbmış.

Ailədə bir bacı, bir qardaş olub.

Allah rəhmət eləsin!
///report

Xəbər xətti