Goranboyda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

20:37 - 27 Sentyabr 2022 - HADİSƏ

Goranboyun Veyisli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İdarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində, 1991-ci il təvəllüdlü N.İsgəndərov və 2004-cü il təvəllüdlü K.Qarayeva xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti