Maşını öncə piyadaların, sonra polisin üzərinə sürdü - DYP "Prius” əməliyyatı" keçirdi

19:00 - 27 Sentyabr 2022 - HADİSƏ

Xətai rayonu, Nobel prospektində saxla əmrinə tabe olmayan "Tayota Prius” markalı avtomobilin sürücüsünə görə Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin əməkdaşları əməliyyat keçirib. 

Ucnoqta.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, dünən saat 17:45 radələrində Babək prospektində hərəkətdə olan "Tayota Prius” markalı avtomobilin cərimələri ödəmədiyindən onu duracağa yerləşdirmək zərurəti yaranıb. Lakin sürücü "saxla" əmrinə tabe olmayıb. 

"Tayota Prius” markalı avtomobilin sürücüsü hərəkətini davam etdirərək əvvəlcə piyadaların, sonra polislərin üzərinə sürüb, daha sonra başqa bir avtomobilə sürtərək hərəkətini davam etdirib. 
DYP əməkdaşlarının keçirdiyi əməliyyat zamanı sürücü "8 noyabr" prospektində saxlanılıb. Bu zaman həmin şəxs polislərlə kobud rəftara yol verərək, nəlayiq ifadələr işlədib və qanuni tələbə tabe olmayıb.
Bu gün Xətai rayon Məhkəməsinin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün müddətinə inzibati həbs cəzası verilib.

Xəbər xətti