Ana səhifə
22 Sentyabr 2018

Azyaşlı məhkumlar şəhər gəzintisində - FOTO

Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakı davam edir.


Ucnoqta.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən axar.az -a verilən məlumata görə, Tərbiyə müəssisəsində məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir 17.10.2014-cü il tarixdə “Dövlət  Müstəqilliyi  Günü” ərəfəsində keçirilib.


Yeniyetmələr – Məmmədov Məhərrəm və Məhərrəmov Əliyarın  xahişləri nəzərə alınaraq gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilib.


Şəhərimizin tarixi abidələri olan İçəri şəhər və Qız qalasına ekskursiyadan, eləcə də yeni sima almış  Milli Parkda gəzintidən və bədii filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

 

Tarix
19 Oktyabr 2014 [19:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin