Türkiyə MN Vətən Müharibəsi şəhidlərinin xatirəsini anıb

17:24 - 27 Sentyabr 2022 - Xəbər

Türkiyə Milli Müdafiə Nazirliyi 44 günlük müharibədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini anıb.

Bununla bağlı Nazirlik “Twitter“ hesabında paylaşım edib.

“Qəhrəman Azərbaycan Ordusunun 2 il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gün ərzində qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi rəhmət və ehtiramla yad edirik”, - paylaşımda deyilir.///Apa


Xəbər xətti