AHİK-in rəhbərliyi və kollektivi Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

AHİK sədri Səttar Möhbalıyev Şəhidlər xiyabanında jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, Vətən yolunda şəhid olanların əziz xatirəsi daim uca tutulur, onların ailə üzvləri həmişə yüksək dövlət qayğısı ilə əhatə olunur: “Onu da qeyd edim ki, Şuşanın azad edilməsi xəbərini müzəffər Ali Baş Komandan cənab İlham Əliyev məhz burada - Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri ilk eşitməyə şəhidlərin haqqı kimi yanaşmışdı.

Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin xatirəsinə göstərilən böyük ehtiramın nümunəsidir. 44 gün davam edən Vətən müharibəsi tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Möhtəşəm uğurlara imza atan, respublikamızı inkişaf etmiş dövlətlər sırasına çıxaran cənab İlham Əliyev yenilməz sərkərdəlik keyfiyyətləri ilə Azərbaycanın yeganə ağrılı probleminə də son qoydu”.

Sonra ikinci Şəhidlər xiyabanına gələn Azərbaycan həmkarlar ittifaqlarının rəhbərliyi və kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

 

Tarix
27 Sentyabr 2022 [14:54]
Müəllif
Üç nöqtə
2022-09-27 14:54:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin