Şuşa, Ağdam və Cəbrayılda yeni məktəblər tikilir

11:06 - 27 Sentyabr 2022 - Cəmiyyət

“Azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, o cümlədən də təhsil sahəsində”.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, Zəngilanda yeni tədris ili başlayanda Ağalı kənd məktəbi fəaliyyətə başlayıb:

“Qarabağın digər rayonlarında, Şuşada, Ağdamda, Cəbrayılda yeni məktəblər tikilir. Çox az vaxt qalıb ki, həmin məktəblər də istifadəyə verilsin. Bunu bizə bəxş edən şəhidlərimizdir”.

Nazir müavini qeyd edib ki, azad olunmuş ərazilərdə 600-ə yaxın mədəniyyət, 1000-ə yaxın tədris müəssisəsi dağıdılıb.

 

Xəbər xətti