Azərbaycanda daha 161 nəfər koronavirusa yoluxub

16:55 - 25 Sentyabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 820 823 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, 9 903 nəfər vəfat edib, aktiv xəstə sayı 1 323 nəfərdir. Ölkədə son sutka ərzində 2 484, hazırkı dövrədək isə 7 236 764 test aparılıb.

Xəbər xətti