Tovuzun kəndlərinə elektrikin verilişi bərpa edilib - (YENİLƏNİB)

Bu gün günün ikinci yarısında güclü külək nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş  Tovuzun bir sıra kəndlərinə enerji verilişi bərpa edilib.

Ucnoqta.az xəbər verir ki, bunu “Azərişıq” ASC-dən bildiriblər.

 

“Açıqlamadan sonra dərhal əməkdaşlar qəza yerinə yollanıblar və hazırda Tovuz rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilib, - deyə qurumdan bildirilib.


18:39

Tovuzda güclü külək bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb. Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda “Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar.

Tarix
23 Sentyabr 2022 [21:57]
Müəllif
Üç nöqtə
2022-09-23 21:57:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin