"Məndən ayrılan kimi başqasıyla evləndi" - Nazpəri Dostəliyeva

15:28 - 23 Sentyabr 2022 - MAQAZİN

Xalq artisti Nazpəri Dostəliyeva "Özəl" proqramına qonaq olub. 

Müğənni verilişdə şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib. 

Belə ki, keçmiş həyat yoldaşını xatırlayan Nazpəri ayrılan zaman yaşadığı çətinliklərdən bəhs edib:

"Övladlarımı götürüb evdən çıxandan sonra, həyat yoldaşım evləndi. 10 il birlikdə yaşadıq, iki övladımın atası olub... Tez evləndi. Mən isə evliliyi düşünmədim, 2 oğul böyüdürdüm, övladlarımı düşünürdüm. Pis olurdum, ağlayırdım. Nüsrət Kəsəmənli dedi ki, ağlama, gizlət göz yaşını, görməsin. Mənim "Göz yaşımı görməyəcəksən" mahnım elə yarandı".///unikal

Xəbər xətti