Ana səhifə
17 Noyabr 2018

Saatı 19 dollara Ebola ilə mübarizə aparın!

ABŞ-da hava yollarında Ebola virusu ilə Qərbi Afrikadan gələnləri yoxlamaq üçün saatı 19 dollara işləyəcək könüllülərin toplanması elan edilib. 

Ucnoqta.az xəbər verir ki, elan verən şirkətin mütəxəssizləri işləmək istəyənlər üçün şərtləri açıqlayıblar. Uğurlu namizədlər cəsur və baza səviyyəsində tibbi biliklərə malik olmalıdırlar ki, xəstəliyə nəzarət və profilaktikasında Mərkəzin mütəxəssizlərinə kömək etməyi bacarsınlar. 

İndi Syerra-Leon, Qvineya və Liberiyadan gələnlər hava limanına düşən zaman oranın xüsusi işçilərinə bu yaxınlarda etdikləri səfərlər barədə danışmalı olacaq, həmçinin onların bədən hərarətləri təmas olmadan termometrlə ölçüləcək. Bu barədə xəstəliklərə nəzarət və profilaktikası üzrə mərkəzin direktoru Tomas Frieden məlumat verib. 

Qeyd edək ki, hər gün Qərbi Afrikadan ABŞ-a 150 insan gəlir.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Qərbi Afrika ölkələrindən gələnlərə qadağa qoyulmaması haqqında qərar verib. “Biz özümüzü Afrikadan kəsə bilmərik”- deyə Obama düşünür. O, əlavə edib ki, bu cür tədbir həkimlərin hərəkətini və epidemiya yayılmış ölkələrə yardımın çatdırılmasını çətinləşdirə bilər. “Bütöv bir regionu ayrı saxlamaq, təbii ki,əgər bu mümkündürsə, vəziyyətin pisləşməsinə səbəb ola bilər”- deyə o, bildirib.(ANS PRESS)

Tarix
19 Oktyabr 2014 [18:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin