Ana səhifə
16 Noyabr 2018

Ərdoğan əsəbiləşdi

"PYD hazırda PKK ilə eynidir. O da bir terror təşkilatıdır və Amerikanın Türkiyədən PYD-yə dəstək verməsini gözləməsi yanlışdır."

 

Ucnoqta.az anspress-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib. 

Ərdoğan İŞİD-ə qarşı vuruşan PYD-yə, yəni kürd Peşmərgə qüvvələrinin siyasi qolu olan Demokratik Birlik Partiyasının qüvvələrinə ABŞ-ın silah yardımı edəcəyi ilə bağlı suala sərt cavab verib.

"Son günlərdə bəzi söhbətlər yayılmağa başlayıb. Bunlar nədir? PYD-yə silah yardımı etmək və bu silahlarla İŞİD-ə qarşı bir cəbhə formalaşdırmaq. Olsun, amma PYD hazırda bizim üçün PKK ilə eynidir, o da bir terror təşkilatıdır. Bizə dost olan NATO-da birlikdə olduğumuz Amerikanın bir terror təşkilatına belə bir dəstəyi, bizim də buna "hə" deməyimizi gözləmək çox yanlış olar. Amerikanın bunu bizdən gözləməsi mümkün deyil, belə bir şeyə heç vaxt "hə" deyə bilmərik" - deyə kəskin reaksiyasını bildirib.

Ərdoğandan İncirlik hərbi bazası ilə bağlı tələblərə Türkiyənin nə cavab verəcəyi də soruşulub. Onun sözlərinə görə, burada 4 əsas məsələ var. 

"Uçuşa qadağan bölgə məsələsi, təhlükəsiz bölgə məsələsi, təlim-təchizat məsələsi və rejim məsələsi. Bunlar olmadığı müddətcə, Türkiyə olaraq bizim orada yer almağımız mümkün deyil" - deyən Türkiyə prezidenti, bu məsələdə hələ razılığa gəlinmədiyini açıqlayıb.

Tarix
19 Oktyabr 2014 [17:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin