Ana səhifə
21 Sentyabr 2018

Cəncə Avtomobil Zavodunda əl əməyi maksimum avtomatlaşdırılıb

Zavodu kənd təsərrüfatının texnika ilə təchizatında önəmli rol oynayır

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində Gəncədə görülən işlər öz  müsbət nəticələrini verir. 2014-cü ildə ümumi məhsul buraxılışı 12 faiz artıb ki, bunun da 24,3 faizi sənaye sahəsinin payına düşüb. Şəhər iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,9 faiz artıb. Ümumi istehsalın 88,3 faizi sənaye məhsulu istehsalının, 11,7 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.

Şəhərin iqtisadiyyatında Cəncə Avtomobil Zavodunun xüsusi çəkisi var. Müəssisə ölkənin iqtisadi gücünün artırılmasında iştirak etməklə yanaşı. Əhalinin sosial şəraitğinin də yaxşılaşmasında rol oynayır. Əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə avtomobil zavodunun tikintisinə 1986-cı ildə başlanıb. Lakin Sovetlər Birliyinin Kommunist Partiyasının Mərkəzi Bürosunun qərarı o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Ermənistan rəhbərliyi layihəni məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərib. Və yalnız Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi nəticəsində avtomobil zavodunun təməli Azərbaycanda, Gəncədə qoyulub. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəllindən isə artıq 1,5 tonluq yük avtomobillərin istehsalına başlanmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımcıq qalıb. Bütün çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə avtomobil zavodu işə salınıb. 2004-cü ilin dekabr ayında Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən Azlitrajlı avtomobillərin istehsalı üzrə zavodu ilə bağlanmış müqaviləyə əsasən VAZ 11113 «OKA» markalı avtomobilləri yığımı həyata keçirilib. Ümumilikdə 314 “OKA” yığılaraq Qarabağ əlili və Böyük Vətən müharibəsi iştirakçılarına verilib. İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə avtomobil zavodu 2005-ci ildə Rusiyanın «UAZ» ASC ilə imzalanan razılaşmasına əsasən UAZ avtomobillərin 10 modelinin yığımı təşkil olunub. Bir il müddətində 243 ədəd “UAZ” avtomobili yığılaraq istifadəyə verildi. 2005-ci ilin iyulun 1-dən Rusiya Federasiyasında AVRO-2 beynəlxalq standartın tətbiqindən sonra Ulyanovsk müəssisəsində yaranan ciddi problemlər ikitərəfli əməkdaşlığın dayanmasına səbə olub. Lakin “Kiçikdən böyüyə doğru addım addım irəli” devizini qarşısına məqsəd qoyan Gəncə Avtomobil Zavodunun rəhbərliyi 2005 ilin oktyabr ayında Çinin «Can Qan» şirkəti ilə müqavilə imzalayıb. Bu sənədə əsasən müəssisədə 7 modeldə ortatonnajlı yük maşınların yığımı təşkil olunub. Bir il müddətində ümumilikdə 68 “Can Qan” markalı avtomobil yığılaraq istifadəyə verilib. 2006-cı il müəssisənin həyatında yeni bir səhəfə ilə açilıb. Belə ki, 2006-cı ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı 2 dövlət arasında iqtisadi əlaqələrin qurulması, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarus Respublikasının dövlət başçısı ilə razılığa gəlinib. Bu razılığa əsasən avtozavod bu müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlaıb. Bundan sonra Gəncə Avtomobil Zavodunda ümumi ərazisi 20000 kvadrat mert olan sexdə təmir bərpa işləri görülüb, yeni texnoloji yığım xəttləri quraşdırılıb. Yeni sex müasir avadanlıqlar və texnika ilə təhciz olunub. Bu müqavələnin əməli davamı olaraq 2007-ci iln mart ayının 27-dən MTZ markalı «Belarus 80.1», «Belarus 82.1», «Belarus 1221», «Belarus 1025», «Belarus 892», «Belarus 80X» modeldə traktorlar istehsala başlanılıb. Bu günədək ümumilikdə 5431-ə yaxın traktor yığılıb. Bu texnikalardan 4677-i dövlət sifarişi əsasında Aqrolizinq» ASC-nə, qalan 754-ü isə fermerlərə və iş adamlarına satılıb. 2007-ci ilin aprelindən etibarən müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan MAZ-lar yığılmağa başlayıb. Bu günədək ümumilikdə 2212 müxtəlif markalı MAZ avtomobilləri yığılıb. 2007-ci ilin sentyabr ayında Gəncə Avtomobil Zavodunun Belarusun “Dorelektromaş” və “Smorqon aqreqat zavodu” ilə razılığına əsasən “Belarus” traktorları bazasında asma avadanlığın yığılmasına başlanılıb. 82 ədəd MUP, 34 – DEM ekskovator, 11 – asfaltkəsən-qartəmizləyən yığılaraq təhvil verilib. 2009-cu ildə müəssisə “Moqilyovtransmaş” ATSC-ilə müqavilə imzalayıb və ümumilikdə 12 ədəd 25 tonluq avtokranlar yığılıb. 2008-ci ildə Türkiyənin Aqrional və Pirtizion şirkətləri ilə bağlanmış müqaviləyə əsasən müəssisədə traktor qoşqularının və asma avadanlıqların yığımı həyata keçirilib. Müəssisədə istehsal olan texnika ölkəmizdə kənd təsərrüfatının inkişafında bir yeni mərhələ açıb. Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısı İlham Əliyev Gəncədə yığılan traktorların Azərbaycanda aqrar sahənin inkişafında böyük rol oynayacağını vurğulayıb. Ölkə başçısının müəssisənin fəaliyyətini müsbət qiymətləndirməsi zavod rəhbərliyini daha da ruhlandırıb və 2010-cu ildə Gəncə Avtomobil Zavodu və Almaniyanın “Haller” şirkəti MAZ avtomobili bazasında kommunal texnika istehsalına dair uzunmuddəti əməkdaşlıq haqqında müqavilə imzalayıb. Almaniyanın “Haller” şirkəti, Belarusun Minsk Avtomobil Zavodu və Gəncə Avtomobil Zavodu ilə bağlanan üçtərəfli müqavilənin həyata keçirilməsi üçün müəssisəmizdə ərazisi 6000 kvadrat metr olan müasir avadanlıqlarla təmin olunan yeni Haller yığım sexi və yığım xətti istifadəyə verilib. Bu günədək ümumilikdə 90 ədəd 21 kubametr tutumlu məişət tullantılarını təmizləyəcək avtomobillər istehsal olunub.

2011-ci ilin yanvar ayında Nazirlər Kabineti “Gəncə avtomobil zavodunun Nizamnaməsinin təsdiqi haqqında” qərara əlavə və dəyişiklik haqqında qərar qəbul edib və bundan sonra müəsssisə “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinə çevrilib. 2011-ci ilin aprel ayından Bakıda Gəncə avtomobil zavodu istehsalat birliyinin “Marketinq və servis müəssisəsi” fəaliyyətə başlayıb ki, bunun da nəticəsində zavodda istehsal olunan kənd təsərrüfatı texnikasının və avtomobillərin satışı, təmiri və servis xidməti göstərilir. Servis xidmətinin regionlarda mərkəzləri vardır ki, onlar da yerlərdə yaranan problemləri həll etmək üçün nəzərdə tutulub.

Gəncə Avtomobil Zavodu İB-nin 10 ildə olan fəaliyyəti həm iqtisadı göstəricilər baxımından, həm də işçilərin sosial şəraiti baxımından inkişaf tempi nəzərəçarpacaq dərəcədədir. Əgər müəssisə fəaliyyətə başladığı ildə işçilərin sayı 85 idisə, 2006-2008-ci illərdə 306, 2010-2012-ci illərdə 471, hazırda isə 500-ə yaxındır. 10 ildə işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Beləki, 2004-2005-ci ildə orta aylıq əmək haqqı 90 manat idisə, 2006-2008-ci illərdə bu rəqəm 185 manat, 2010-2012-ci illərdə 345 manat, hazırda isə 398 manat təşkil edir. Bu müddətdə müəssisənin uşaq baxçası, müəssisənin qəsəbəsinin binaları, qəsəbədaxili yollar, zavodun ərazisi və sexlər təmir olunaraq lazımı şərait yaradılıb. Zavodda işçilər üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Sexlərdə işçilərin əmək şəraitin yaxşılaşdırılması üçün əl əməyi maksimum avtomatlaşdırılıb.

İstehsalat Birliyi fəaliyyətini günü gündən genişləndirir. Yeni layihələr və müqavilələr üzərində işlər davam etdirilir. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə ikitərəfli müqavilə imzalanıb və həmin razılaşmaya əsasən 2014-cü ildə hələlik 30 ağır yük daşıyan qoşqu yığılıb. 2014-cü ilin may ayında Belarusun “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu ilə bağlanmış müqaviləyə əsasən MTZ 422 və MTZ 622 markalı mini traktorların istehsalına başlanılıb. Bu günədək ümumilikdə 68 bu tipli texnika yığılaraq təhvil verilib. Müəssisəmiz gələcəkdə marketinq araşdırmalarının nəticələrindən asılı olaraq yeni model texnikaların yığımını nəzərdə tutur.

 

Tarix
22 Aprel 2015 [19:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin