Ana səhifə
22 Sentyabr 2018

«Elməddin Cəfərov Azərbaycanın «Şabanı»dır»

Fatma Mahmudova: “Adam var, bir istedadlı görən kimi başına vurur ki, bunun istedadını görməsinlər»

 

 

 

Naibə Allahverdiyeva: «İndi «zapravkada» işləyən aktyor, gözəllik salonunda işləyən isə aktrisa olub»

 

 

 

Son vaxtlar ölkəmizdə komediya janrında bir çox filmlər çəkilib. “My name is İntiqam” filmi ilə start götürən komediya filmləri sırasına “Xoxan”, “Ay Brilliant”, “100 kağız”, “Yumurta” və başqalarının adını qeyd etmək olar. Amma bir çoxları bu filmlərin keyfiyyət baxımından aşağı olduğunu, komediya verilişi xarakteri daşıdığını qeyd edərək tənqidi münasibət bildirirlər. Bu barədə “Üç nöqtə”yə danışan xalq artisti Fatma Mahmudova bildirdi ki, “Xoxan” və “Ay brilliant” filmləri keyfiyyət baxımından yaxşıdır, amma “Yumurta” və digər filmlər haqqında məlumatı yoxdur: “Xoxan” filmini bəyənirəm və indiki  gənclər çox istedadlıdırlar. Düzdür, sovet illərində Cəfər Cabbarlı studiyasının çəkdiyi filmlər tamamilə başqa cür idi. Amma hazırda da gənclər komediya janrında filmlər çəkirlər və o filmləri xalqa sevdirə bilirlərsə, deməli yaxşıdır. Demirəm ki, bütün filmlər əladır, amma arasında yaxşı filmlər var. Hər zaman keçmiş aktyor və aktrisalardan danışırlar, amma hazırda Elmədin Cəfərov kimi istedadlı aktyorlarımız var, “Bozbash pictures”də İlkin Həsəni çox xoşuma gəlir, Fəlakət obrazını oynayan Elşən Orucov da çox istedadlıdır. Onun canlandırdığı obraza baxıb gülürəmsə, deməli, onda nəisə var. Bizi də hər adam güldürə bilmir. Türk aktyoru Kamal Sunalın (Şaban) filmlərinə baxdıqca baxırıq. Mən Elməddin Cəfərovu Azərbaycanın «Şaban»ı adlandırıram.  İstedadlı gənclər hamısı bir yerə cəm olsunlar və birlik yaradıb əl-ələ versinlər. İnanın ki, o filmlər daha da uğurlu alınar. Bir buket istedadlı gəncin axını gəlib və onları qorumaq lazımdır, başda Elməddin Cəfərov olmaqla. Ssenaristlərdən Ənvər Abbasov, rejissor Ramin Hacıyev çox istedadlı insanlardır. Raminin rejissor kimi aktyorla işləmək qabiliyyəti var. Mən bu yaşımda Ramin nə deyirsə ona əməl edirəm, çünki işinin peşəkarıdır. Aktyor kimi də onu çox bəyənirəm. Aktrisalardan isə qızım Nigar çox istedadlı qızdır. Gənc qızlar arasında komediya janrında Nigar nömrə birdir. Mən bu sözləri anası olduğum üçün demirəm, tamaşaçıların rəylərindən çıxış edərək bildirirəm. Düzdür, Nigar hələ kariyerasına yeni başlayıb və bir az öz üzərində işlədikdən sonra daha da yaxşı olacaq. Qızım İncəsənət Universitetini bitirib və müğənni, aktrisa kimi fəaliyyət göstərir. Nigarın “Eks Bacanaqlar” serialındakı obrazına mənim də gülməyim tutur. Amma həyatda tamamilə başqa bir insandır”. Xalq artisti dedi ki, aktyorluq sənətində paxıllıq etmək olmaz: “Aktyor paxıl olmamlıdır ki, mən filan aktyorla oynamaq istəmirəm. Belə bir söz var: “Birlik haradadır, dirlik oradadır”. Aktyorlar paxıl olmamağı öyrənməlidirlər. Demirəm ki, çox aktyorlar paxıldırlar, amma içərilərində elə insanlar var. Elməddin və İlkin paxıl deyillər və onlar harada istedadlı insanlar varsa ətraflarına toplayırlar. Paxıl olsalar bəziləri kimi təkcə özləri oynayardılar. Adam var, bir istedadlı görən kimi başına vurur ki, bunun istedadını görməsinlər, bunu məhv edək. Mən səhnədə o qədər belə hadisələrlə rastlaşmışam və sakitcə çəkilib qıraqda durmuşam. Hazırda bütün varlığımla “Eks Bacanaqlar” serialına bağlanmışam və Elməddin Cəfərov kimi insanları görəndə adam yaşamaq, yaratmaq istəyir”. 

Əməkdar artist Naibə Allahverdiyeva dedi ki, komediya janrında filmlərin çəkilməsi yaxşı haldır: «Komediya janrında filmlərin çəkilməsini yaxşı qarşılayıram, baxamayaraq ki, keyfiyyət aşağıdır. Ona görə ki, bu sahəyə təzə-təzə başlayırıq. Amma bildirməliyəm ki, filmlərin keyfiyyətli alınması üçün professional rejissorlar çəkməli və qeyri-peşəkar aktyorlar iştirak etməməlidir. Bəzi rejissorlar heç vaxt film çəkməyiblər və ilk işləri kimi başlayırlar. Dünyada kino sahəsinə çoxlu  maliyyə ayrılır. Filmlərdə aktyorların kənarda qalması və qeyri-peşəkar insanların çəkilməsi filmin keyfiyyətinə çox ziyan vurur. Bu da ondan irəli gəlir ki, təki aktyorlara pul ödənilməsin. Yəni, onlar işlərinin qarşılığında normal maliyyə tələb edəcəklər. Beləliklə, maddiyyatın da filmə təsiri çoxdur. Amma qeyd etdiyim kimi, yaxşı ki, belə filmlər çəkilir və çəkilməyə başlayıb”.

Əməkdar artist qeyd etdi ki, filmlərə aktyorluq sənəti olmayan insanlar  da çəkilirlər: “Kino sahəsində işlər bir-birinə qarşıb. Hazırda «zapravkada» işləyən aktyor, gözəllik salonunda işləyən isə aktrisa olub.  Əvvəllər adi bir konduktor, bələdçi geyimindən bilinirdi. Eləcə də, aktrisaya baxan kimi bilirdin ki, bu aktrisadır. İndi bilmirəsən kim kimdir. İnsanlar haradan pul gəlirsə oradan yapışırlar və ona görə də hər şeyin dadı-duzu qaçıb. Əvvəl insanlar televiziyaya baxırdılar ki, nəsə maraqlı bir şey olacaq. Amma artıq hər kəs televiziyaya çıxa bildiyinə görə maraq qalmayıb”.

N.Allahverdiyeva onu da vurğuladı ki, komediya janrında çəkilən filmlərdən yalnız “100 kağız” filmini izləyib: “Digər komedik filmlərə baxmamışam. “100 kağız” filminə çəkildiyimə görə onu izləmişəm. O filmdə rejissorun ən böyük işi o oldu ki, orada professional aktyorlar çəkildi. Başqa filmlərdə vəziyyətin necə olduğunu bilmirəm. Amma qeyd edirlər ki, tamaşaçılar kinoteatrlara gedib o filmləri izləyirlər. Bu cür filmlərin keyfiyyətinin yaxşı olması üçün professional rejissorlarla işləmək lazımdır. Onları bu işə cəlb etməlidirlər. Bizimkilər pul vermək istəmirlər. Düşünürlər ki, buradan nə qazandım, qazandım. Amma ağıllı insanlar belə etmirlər, onlar pul qoyub, pul götürürlər, sırf professional aktyorlardan istifadə edirlər. Sovet dövründə keyfiyyəsiz məhsullar istehsal edirdilər, çünki 5 illik planı bir ilə həyata keçirirdilər. Məsələn, xalatın bir qolu uzun bir qolu qısa olurdu. Bu işdə sponsorların da rolu az deyil. Onlar keyfiyyəli işə pul verdiklərini düşünməli və işinin peşəkarı olan rejissorla işləməyə üstünlük verməlidrlər. Mən sponsor olsaydım bir neçə film çəkmiş rejissoru film çəkmək üçün dəvət edərdim. Əvvəllər filmə çox gözəl aktyorlar çəkilirdilər. Amma filmdə aktyorun səsi yaxşı deyildisə və səsi filmə düşmürdüsə o obrazı dublyaj etmək üçün başqa bir aktyor dəvət edirdilər. Hazırda bu kimi hallara fikir verən yoxdur və ona görə də keyfiyyətsiz iş alınır”.

 

 

Rəqsanə

Tarix
21 Aprel 2015 [23:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin