Ana səhifə
19 Sentyabr 2018

Qazaxda əhalinin su ilə təchizatı yaxşılaşıb

5860 abonentə xidmət göstərilib və 440119 manat vəsait toplanıb

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində Qazax rayonda əhalinin su ilə təminatında önəmli işlər görülüb. Qazax “Su Kanal idarəsi tərəfindən 2014-cü il ərzində 125  abonentə yeni su xətti çəkilb, 5860 abonentə xidmət göstərilib və 440119 manat vəsait toplanıb. Bu da satışın 100,4 faizini təşkil edir. 2013-ci illə müqayisədə 4,3 faiz çox vəsait toplanıb.
Su Quyularının İstismarı İdarəsinin Qazax İstismar sahəsinin balansında 123 ədəd subartezian quyusu var. Ondan 12 ədədində əsaslı, 111 ədədində isə 149 dəfə cari təmir işləri aparılıl. Qazax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə  torpaqayırma və layihə sənədləri hazırlanıb, yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.
Rayonda təhsil sahəsində də irəliləyiş var. Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 ümumi orta, 7 ibtidai məktəbdə 11329 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1768 nəfər müəllim məşğul olur. 2014-cü ildə 877 nəfər  XI sinif məzunlarından 519 nəfəri TQDK-ya sənət verib ki, onlardan  291 nəfəri, əvvəlki illərin məzunlarından isə 29 nəfəri  ali məktəblərə, 87 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Qəbul olmuş məzunlardan 44 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən yuxarı bal toplayıb.  Hüseyinbəyli kənd  tam orta məktəbinin 1 nəfər məzunu qızıl medal alıb və Azərbaycan Tibb Universitetinə qəbul olunub. Məzunlardan 18 nəfəri respublikanın Ali Hərbi Akademiyasına və 9 nəfəri Naxçıvanski adına Hərbi liseyə daxil olub. Azərbaycan Respubllikası Prezidenti Admistrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş: 1. “Ülu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanının qurucusu və memarıdır, 2. “Ümummilli Lider Heydər Əliyev ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır mövzuları dərsdən kənar vaxtlarda Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə tədris olunub. Dərslərin yüksək səviyyədə tədrisini təmin etmək məqsədilə elmi nəzəri və metodiki hazırlığı ilə fərqlənən tarix müəllimləri bu işə cəlb olunub.
Rayonda səhiyyənin vəziyyəti də həmişə diqqət mərkəzində olub. 2012-ci ilin dekabr ayında Nazirlər Kabinetinin 374s saylı sərəncamı ilə yeni xəstəxana binasının tikintisinə rəy verilib, 2013-cü ilin iyun ayından etibarən yeni xəstəxana binasının tikintisinə başlanılıb. Yeni tikinti RMX-nın fəaliyyət göstərdiyi ərazidə aparıldığı üçün köhnə bina sökülmüş və bütün şöbələr şəhər ərazisində fəaliyyət göstərən digər səhiyyə müəssisələrində yerləşdirilib.
2014-cü ildə Azərbaycan Respublikasi Prezidentinin tapşırıq və tövsiyyəsi əsasında rayon əhalisi kütləvi olaraq tibbi müayinələrə cəlb olunub, müayinələrdə rayon əhalisinin 70 faizdən çoxu iştirak edib. Həmçinin rayonda keçirilmiş qan vermə aksiyasında 250 nəfərdən qan tədarük olunaraq respublika və Gəncə qan bankına göndərilib.
İcra Hakimiyyəti, Qeyri Hökumət Təşkilatı və Yapon səfirliyi arasında aparılan işgüzar söhbətlərin nəticəsi olaraq Das Salahlı kəndində yeni həkim məntəqəsinin tikintisinə bu ilin fevral ayında başlanılması nəzərdə  tutulub.                .
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 2014-cü ildə 53 mədəni-kütləvi tədbir, bayram konsertləri, şənliklər, yubileylər, sərgilər, əlamətdar günlər, müsabiqələr  keçirilib.  
Heydər Əliyev mərkəzində aparılan təmir işlərindən sonra mərkəzin fəaliyyəti daha da genişlənib, yeni dərnəklər və kursların yaradılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmasına böyük təsir göstərib. Əhalinin bütün təbəqələri üçün ödənişsiz kompüter kursları təşkil edilib, insanların Heydər Əliyev Mərkəzinə marağını artırmaq üçün “Heydər Əliyev Məktəbi, “Toxuculuq kursları, “Dekorativ əl işləri, “Astronomiya dərsləri və s. kurslar açılıb.
Şöbə tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə lazım olan inventar və avadanlıqlar alınaraq təşkilatlara paylanılmışdır.
Dövlət Rəsm Qalareyasında istilik sistemi qurulmuş, Qazax şəhər 2 saylı, Ağköynək, Dəmirçilər, Ürkməzli, Çaylı, Kommuna, Orta Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli kənd mədəniyyət evlərinin oturacaq yerlərinin sayı artırılaraq 200-ə çatdırılıb..
Qazax rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş abidələrin siyahısında 112 tarix və mədəniyyət abidələri var. Bunlardan 45-i memarlıq, 54-ü arxeoloji, 7-si monumental və xatirə, 5-i isə dekorativ tətbiqi sənəd nümunələridir.    

Qazax rayon Gənclər və İdman idarəsi tərəfindən isə Azərbaycan Respublikası Prezidentinin “Dövlət Gənclər siyasəti haqqında Qanununun və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ildə gənclərlə iş sahəsi üzrə 15, bədən tərbiyəsi və idman sahəsi üzrə 32 tədbir keçirilib. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 5372 nəfər yeniyetmə və gənc iştirak edib.
2014-cü il ərzində beynəlxalq yarışlarda idmançılarımız 25, Respublika yarışlarında isə 63 dəfə mükafata layiq yerlər tutublar. 2014-cü ildə gənclərin ordu sıralarına çağırışı və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müvafiq sərəncamlarına əsasən 2014-cü il ərzində hərbi hissələrə təyin edilmiş çağırışçıların təyin olunduqları hərbi hissələrə vaxtında göndərilməsi təmin edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna isə 2014-cü ildə 2013-cü ilin aylıq ödənişlərindən 3 dəfəyə yaxın çox vəsait köçürülüb.
Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də yerli İcra Hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edilib. Qazax rayonu ərazisində 2014-cü ildə 147 cinayət hadisəsi baş verib. Qeydə alınmış cinayətlərin 92,1 faizinin açılması təmin olunub, 7 cinayət işi bağlı qalıb. 2014-cü ildə istintaq və məhkəmə orqanlarından yayınan 21 nəfər şəxs axtarışda olub, keçirilmiş tədbirlər nəticəsində onlardan 15-i tutularaq aidiyyəti orqanlara təhvil verilib.

 Şəhərin və rayonun kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və yerli İcra Hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyətində müsbət dönüş yaradılıb. Bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun olaraq istifadə olunmasına müntəzəm nəzarət olunub.
2015-cü ildə də qarşıda bir çox vəzifələr durur. Rayonun sosisal-iqtisadi inkişafı, tikinti və abadlıq sahəsində bir sıra işlərin görülməsi və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Rayonun sosial və iqtisadi bazası qarşıda duran vəzxifələrin uğurla həyata keçirilməsini təmin edir. Güclü potensial sosial-iqtisadi göstəricilərin daha da yaxşılacağına zəmanət verir.

 

Tarix
21 Aprel 2015 [20:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin