Oksanadan boşanan Şəhriyar: "Bəzi şeyləri yaşamadan bilmirsən ..."

15:27 - 7 Sentyabr 2022 - MAQAZİN

Xəbər verdiyimiz kimi, rəqqasə-aktrisa Oksana Rəsulova aparıcı Şəhriyar Əbilovla ayrıldığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Şəhriyar Axşam.az-a açıqlama verib. O bildirib ki, ailə münasibətlərini saxlamağa çalışsalar da alınmayıb:

"Bəzi şeyləri yaşamadan bilmirsən. Burada hiss, harmoniya var... Oksananın dediklərinin arxasındayam. İndi də övladımız üçün münasibətimizi davam etdirirk. Biz əvvəlki kimi dostuq".

Şəhriyar "Açıqlamada yer alıb ki, ayrılıq bir il əvvəl olub. Deməli, siz münasibətinizi açıqlayanda artıq ayrılmışdınız" sualına belə cavab verib:
"Biz bir neçə dəfə buna cəhd etdik. Sonra gördük ki, alınmır və ayrılmağa qərar verdik".

Qeyd edək ki, cütlük ötən il evli olduğunu açıqlamışdı. Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahı idi. Oksana övladı Osmanın atasının da Şəhriyar olduğunu açıqlayıb. 

Xəbər xətti