Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür

08:20 - 5 Sentyabr 2022 - Mədəniyyət

Bu gün mərhum sənətkar Səyavuş Aslanın doğum günüdür.

Sənətkar Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb.

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb.

Ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
Sənətkar 2013-cü ilin iyunun 27-də dünyasını dəyişib.

Allah rəhmət eləsin...

Xəbər xətti