Ana səhifə
17 Noyabr 2018

Kürdə suyun səviyyəsi azalıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir. 

 

Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən apa-ya verdiyi məlumata görə oktyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 152 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 96 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 24, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə isə suyun səviyyəsində 1 sm artım qeydə alınıb. 

 

Tarix
18 Oktyabr 2014 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin