Ucarda 57 yaşlı kişi özünü yandırıb

15:20 - 4 Sentyabr 2022 - MAQAZİN

Ucar sakini özünü yandırıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün rayonun Alpout kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü Nazir Məmmədhəsən oğlu Həsənov intihar etmək məqsədi ilə özünü yandırıb.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, N. Həsənovun vəziyyəti kəskin ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti