Ana səhifə
18 Oktyabr 2018

Məşhur türk aktyorları Bakının qonağı oldular - FOTO

Murat Yıdırım: “İnsan səmimi olarsa, gördüyü bütün işlərdə müvəffəqiyyət qazanar”

 

 

 

Ezgi Mola: «Hər obrazı oynamaq və hər rəngi göstərmək istəyirəm»

 

 

 

Türkiyəli məşhur aktyor Murat Yıldırım Bakıya növbəti səfərini reallaşdırdı. “"28 Sinemada" Kocan kadar konuş” filminin qala gecəsinə qatılan aktyor tərəfmüqabili Ezgi Mola ilə şəhərimizin qonağı oldu.

 

- Murad bəy ilk dəfədir ki, sizi komediya filmində görürük....

 

- Film Türkiyədə də bəyənildi. İnanın, bu sözləri orada oynadığım üçün və aktyor olaraq deyil, filmi izləyən tamaşaçı kimi deyirəm, filmi çox xoşladım. Keçən dəfə Azərbaycana “Kırımlı” filmi üçün gəlmişdim. İndi də çox gülərüzlə qarşıladınız. Bu dəfə Azərbaycana gəlişimizin səbəbi “Kocan kadar konuş” filmidir. Ümid edirik ki, bu film də Azərbaycan tamaşçılarının xoşuna gələcək. Film qadınları maraqlandırdığı üçün onlar daha çox izlədilər, amma kişi izləyiciləri də çox oldu. Təbii ki, filmin ideyası daha çox qadınları maraqlandıran bir mövzudur. Qadınların kişilərə etdiyi taktikaları, oyunları görmək üçün kişilərin bu filmi izləməsi lazımdır.

 

- Ezgi xanım, Bakıya ilk səfərinizdir və bu haqda təəssüratlarınız eşitmək istərdik...

 

- İlk dəfədir ki, Azərbaycana gəlirəm. Çox gözəl, təmiz şəhəriniz var. Şəhərə daxil olduğumda ilk dediyim söz «çox gözəl şəhəriniz var» oldu. Hər zaman əlaqələrimizi internetdən, sosial şəbəkələrdən yaradırdıq. Amma bu gün canlı görüşmək çox gözəldir. Türkiyədə, Almaniyada və filmimizin yayımlandığı digər ölkələrdə də “Kocan kadar konuş”filmi ilə əlaqədar çox gözəl sözlər eşidirik. Ümid edirəm ki, yenə davam edər. Çünki işi qiymətli edən tamaşaçıların münasibətləri və alıqışları olur.

 

- Murad bəy, sizi indiyə qədər dramatik filmlərdə gördük. Hazırda isə komedik filmdə iştirak edirisiniz..

 

- Bəli, insan həyatda da gülür. Bu, həyatdır və aktyor hər cür obrazları oynamalıdır. Mənim indiyədək oynadığım filmlər romantik və ya komedik filmlər deyil, daha  dramatik filmlərdir. Amma filmdə komedik bir obrazda oynamaq istədiyimi əvvəl bildirmişdim. Təklif gələn kimi də dəyərələndirdim və nə yaxşı ki “Kocan kadar konuş” filmində də oynadım. Tərəfmüqabilim Ezgi Mola ilə oynadığım üçün çox xoşbəxtəm. Bakıya Türkiyənin ən gözəl, ən yaxşı komediya aktrisalarından biri olan Ezgi Mola ilə bərabər gəldik.

 

- Filmdə sevdiyiniz qız sizinlə evlənmək istədiyi üçün onunla ayrılmaq istəyirsiniz. Həyatda obrazınızın yerində olsanız, qaçardınızmı?

 

- Hər insanın eyni davranacağını düşünürəm. Sinan illər sonra sevdiyi Əfsunla rastlaşır. Lakin Əfsun çox dəyişdiyi və fikri sırf evlənmək olduğu üçün ondan ayrılır. Sinanın yerində olsaydım, mən də həmin addımı atardım. Əfsunun özünə gəlməsi üçün ona yaxın bir insanın həqiqqəti üzünə söyləməsi lazım idi. Sinan da Əfsunu həqiqətlə üzləşdirdi və Əfsun əvvəlki halına gəldi. Düzdür, filmin sonunda onu çox görə bilmirik, amma film onların birləşməsi ilə bitir.  

 

- Filmin ikinci hissəsi çəkilə bilərmi?

 

- Çəkilməsi düşünülür. Filmin ikinci kitabı yazıldı,“Kocan kadar konuş diriliş” nəşr də edildi.  Hazırda ssenari hazılıqları gedir. Əgər hər şey yolunda gedərsə, filmin ikinci hissəsini də çəkməyi düşünürük.

 

- Türkiyədə komedik film sahəsində rəqabət var. Bu film digər filmlərə rəqib ola biləcəkmi?

 

- Ezgi Mola. Biz televiziyada komediya janrında filmlərin olmadığı bir vaxtda gəldik. Filmimiz çox gözəl qarşılandı və davam edir. Hansısa filmi rəqib görmək doğru deyil. Çünki türk kinosu adına işlər görülür. Mən görülən və müvəffəqiyyətli olan hər bir işi öz işim qədər çox sevirəm. Çünki bütün filmlər tamaşaçılar üçün çəkilir və bunun sayəsində türk kinosu daha çox tamaşaçı tapır. Hər hansı gözəl bir filmin uğurlu alınması, sonra görülən komediya, dram, macəra, yaxud da, qorxu filmi üçün gözəl bir tamaşaçı kütləsi qazanmaq olur. Ona görə də digər filmləri rəqib olaraq görmürük. Əksinə, eyni sektorda çalışdığımız dostlarımızın müvəffəqiyyətini görürük.

- Murad Yıldırım. Heç bir filmi rəqib görmürük. Həyatda hər bir işi rəqib olaraq görməmək lazımdır. Çünki o zaman özünüzə bədbəxt bir rəqib taparsınız. Biz də  öz yolumuz və tərzimizlə, romantik komediya ilə işimizi yaxşı görmək istədik və düşünürəm ki, keyfiyyətli bir iş oldu. Filmin səviyyəsi heç düşmədi. Hər kəsin izləyə biləcəyi bir filmdir. Bu filmin yaxşı alınmasında rejissorun da rolu var. Dediyim kimi, bir tamaşaçı kimi bu filmi izləyər və ləzzət də alardım.

 

- Sizi Azərbaycanda da hər hansı bir layihədə görmək çox istərdik....

 

- İnşallah, mən də istərdim. Amma həqiqəti deyim ki, bir filmdə, yaxud da, serialda qonaq kimi iştirak edə bilərəm. Türkiyədə çəkildiyim seriallar olur və çəkilişlər çox sıx davam edir. Onun xaricində nə edə bilərəmsə, edərəm. Gördüyünüz kimi, burdayam və çox xoşbəxtəm.

 

- Ən çox sevdiyiniz musiqilər hansılardır?

 

- Son zamanlar klassik musiqilər dinləyirəm. Eləcə də Ahmet Kayanı sevirəm və mahnılarını dinləyirəm. Ümumilikdə, gözəl olan bütün musiqiləri dinləyirəm. Keçən dəfə Bakıya gələndə mənə Üzeyir Hacıbəyovun diskini hədiyyə etdilər və diski maşınımda saxlayıb hər gün dinləyirəm.

 

- Ezgi xanımın canlandırdığı obrazla bənzərliyi varmı?

 

-E.Mola. Canlandırdığm obrazın adı Əfsundur və onunla oxşar cəhətlərim çoxdur. Əfsun kimi mən də sözü həmin an deyirəm və yalan danışa, taktika ilə davrana bilmirəm. Çox çəkingən insanam  və sevdiyim insana hislərimi biruzə verə bilmərəm. Taktikalar qurub bir kişinin arxası ilə gedə bilmərəm. Zamanla insan bəzi şeyləri söyləməyə utanır. Hələ ki, Əfsun kimi qızın sevgisini deyə bilməməsi normaldır.

 

- Kino sahəsinə bütün janrlarda oynadınız. Arzusunda qaldığınız bir obraz qalıbmı?

 

- M.Yıldırım. Aktyor hər zaman oynamaq istəyər.

- E.Mola. Dünyada 7 milyard insan var və fərqli duyğu var. Kimsə kimsəyə  oxşamır və bu qədər də çox film çəkilməlidir. Mən öz adıma deyirəm, bir aktrisa olaraq acgöz insanam. Əlimdən gəldiyincə hər obrazı oynamaq və hər rəngi göstərmək istəyirəm. Ona görə də oynamaq istədiymiz minlərlə xarakterlər var.

 

- Ən son hansı filmin qalasına getmisiniz?

 

- E.Mola. “Həyalat kayası” filminin qala gecəsinə qatılmışam.

- M.Yıldırım. Hazırda dəqiq xatırlaya bilmirəm, deyəsən “Bana masal anlatsana” filminin qala gecəsinə getmişdim.

 

- Sizin filminizin ilə “Hadi inşallah” filmi arasında oxşarlıq olduğu deyilir. Bu haqda nə deyə bilərsiniz?

 

- E.Mola. Bəlkə ikisinin də kitabı olduğu üçün bənzədirlər. Mən bir tamaşaçı olaraq bənzədiyini düşünmürəm. Hər iki filmin fərqli ideyası var. Filmizdə Sərdar Ortac da qonaq kimi iştirak etdi və buna görə çox sağ olsun.

- M.Yıldırım. Deyəsən, bir qadının kişi arxasınca getməsini oxşadırlar. Mən hələ ki, “Hadi inşallah” filmini izləyə bilməmişəm.

 

- Aktyorun hansı özəlikləri olmalıdır ki, canlandırdığı obrazı yaxşı alınsın?

 

- M.Yıdırım. Bu yalnız aktyorluq sənətinə aid deyil, bütün işlərinizdə uğurlu olmaq lazımdır. İlk növbədə, insan gördüyü işi sevməli və sahib çıxmalıdır. Eləcə də insan səmimi olmalıdır. Düşünürəm ki, insan səmimi olarsa, gördüyü bütün işlərdə müvəffəqiyyət qazanar.

 

- Türkiyədə yeni seriala çəkilməlisiniz. Bu haqda məlumat verə bilərsinizmi?

 

- Serial haqqında danışmaq çox tezdir, çünki hələ ssenari yazılır.

Bizi yaxşı qarşıladığınız üçün bir daha təşəkkürümüzü bildiririk, yenə gələrik, inşallah.

 

 

 

Rəqsanə

Tarix
20 Aprel 2015 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin