Aleyna Tilki ilk dəfə sevgilisi ilə FOTOsunu paylaşdı

19:17 - 1 Sentyabr 2022 - MAQAZİN

Türkiyənin məşur pop müğənnisi Aleyna Tilki sevgili olduğu deyilən reper Uzi ilə çəkdirdiyi fotosunu paylaşıb.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, Tilki məşhur reperin ad gününü "Instagram" hesabı ilə qeyd edib.

Sosial media hesabında tez-tez paylaşım edən məşhur adlar arasında olan Aleyna Tilki ilk dəfə sevgilisi ilə poza verib.

Onun paylaşdığı fotolar və ifadələr sosial mediada gündəm olub.

Uğurlu sənətçi öz paylaşımında Uzini də işarələyərək , "Sən tanıdığım ən səmimi insanlardan birisən. Ürəyinin və hekayənin dərinliyinin qarşılığı bir ömür firavan yaşamaqdır. Ad günün mübarək".


Xəbər xətti