Ana səhifə
26 Sentyabr 2018

Çadralı qadın dövləti məhkəməyə verdi

Kanadada çadralı qadın dövləti məhkəməyə verib.

Ucnoqta.az xəbər verir ki, buna səbəb qadının çadralı olduğu üçün vətəndaşlıq andı içməsinə icazə verilməməsi olub.

Pakistan əsilli miqrant Kanada Konstitusiyasının və İnsan Haqları Bəyannaməsinin maddələrindəki din və əqidə azadlığı maddələrinin pozulduğunu iddia edib. Zunera İşaqın vəkilləri bu qadağanın tətbiq edilməsinin bir nazirin şəxsi ideologiyası olduğunu bildiriblər.

Zuneranın vəkili sabiq vətəndaşlıq və miqrasiya naziri Cason Kenneynin diktator kimi davrandığı irəli sürüb.

Sabiq nazir isə sosial şəbəkədən məsələyə aydınlıq gətirərək özünü təmizə çıxarmağa çalışıb.

Qeyd edək ki, hazırda Kanada məşğulluq naziri olan Cason Kenney vətəndaşlıq və miqrasiya naziri olduğu 2011-ci ildə əmr vermişdi. Bununlab da Kenney müsəlman qadınların vətəndaşlıq andiçmə mərasimi zamanı çadra taxmalarına qadağa gətirmişdi.(ANS PRESS)

Tarix
18 Oktyabr 2014 [20:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin