Ana səhifə
23 Sentyabr 2018

Boksçularımız Avropa çempionatında iştirak edir

Ucnoqta.az xəbər verir ki, bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start veriləcək. Yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq.

Milli komandamız baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi altında turnirdə tam heyətlə təmsil olunacaq.

Millimizin heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələrin II Olimpiya oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91+kq) kimi təcrübəli boksçular var. Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq), Nurlan Nağıyev (60 kq), İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar. Yarışda ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edir. Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

 

Tarix
18 Oktyabr 2014 [17:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin