Ana səhifə
20 May 2018

“Diqqət! Düşmən mətbuatıdır” - Yeni layihə

“Azərbaycan mətbuatı, xüsusən online internet resursları bəzi hallarda düşmən mətbuatının dövlətimizin, cəmiyyətimizn əleyhinə olan məkrli məlumatlarının bilməyərəkdən təbliğatçısına çevrilir. Qəzetlər, saytlar əsasən cəbhə mövzulu xəbərlərdə ermənilərin dezinformasiyalarının təsiri altına düşür”.

 

 

 

Ucnoqta.az AzNews.az-a istinadən xəbər verir ki, bu fikirləri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu “Diqqət! Düşmən mətbuatıdır” adlı adlı layihənin mətbuat konfransında səsləndirib. O, mətbuatın bu sahədə yol verdiyi yalnışlıqların, yaydığı dezinformasiyaların Azərbaycan dövlətinin əleyhinə yönəldiyini bildirib:

 

“Təxribatların qarşısının alınmasında şəhid olan və yaralanan əsgərlərimizin sayı, Milli Ordunun cəbhəboyu həyata keçirdiyi müdafiə xarakterli taktik planları, qoşunların dislokasiya, həyata keçirilən əməliyyatlar, o cümlədən sərhədyanı kəndlərdəki real vəziyyətlə bağlı informasiyalarda bəzən yalnışlıqlara yol verilir. Yalnışlıqlar isə birbaşa Azərbaycan dövlətinin əleyhinə yönəlir”.

 

Jurnalist Ekspert Mərkəzi bu kimi problemlərin aradan qaldırılması, ölkə mətbuatının müharibə şəraitin adekvat fəaliyyət göstərməsini təmin etmək məqsədilə “Diqqət! Düşmən mətbuatıdır” adlı adlı layihə həyata keçirir. Layihənin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri arasında maarifləndirmə işləri aparmaqla problemin həllinə yardımçı olmaqdır.

 

Mətbuat konfransında 3 aylıq layihə dövründə jurnalistlərlə müzakirə aparılacağı, hansı informasiyaların hərbi sirr təşkil etdiyini göstərən qeydlərin və bu tip məlumatların yayılmasını qadağan edən qanunlardan çıxarışların əks olunduğu xüsusi bildiriş lövhələrini redaksiyalara təqdim ediləcəyi vurğulanıb.

 

Təşkilatın sədr müavini Nicat Dağlar bildirib ki, layihə çərçivəsində cəbhə bölgəsində yerləşən hərbi hissələrdən bir neçəsində əsgərlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Onun sözlərinə görə, bu kimi görüşlərdə əsgərlərə kommunikasiya imkanlarından istifadə edərək cəbhə bölgəsində baş verənlərin çəkilməsi və internetə yerləşdirilməsinin ziyanlı tərəfləri izah olunacaq.

 

Tədbirdə Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin bölmə rəisi polkovnik-leytenant Rafiq Məmmədov, millət vəkili Aqil Abbas, Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, Azərbaycan radiosunun əməkdaşı, hərbu jurnalist Tural Quluzadə, hərbi jurnalist İbrahim Rüstəmli və digərləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini deyib.

Tarix
20 Aprel 2015 [16:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin