Roza sinəsindəki xaldan DANIŞDI - VİDEO

22:38 - 30 Avqust 2022 - MAQAZİN

Müğənni Roza Zərgərli sinə nahiyəsindəki xaldan danışıb.

Ucnoqta.az xəbər verir ki, ifaçı nə vaxtdır insanlar tərəfindən yanlış olaraq alqılanan xal məsələsinə efirdə aydınlıq gətirib:
"Mənim sinəmdə xal var. Qırmızı rəngdə ürək formasındadır. Deyirlər imam nişanəsidir. Çox vaxt nənə- babalarımız deyirdi ki, qadın uşaq düyaya gətirməzdən əvvəl çiy ciyərə əlini vurmaz. Çünki uşağın bədəninə ləkə düşür. Beləmi olub-olmayıb bunu bilmirəm".

Müğənni hər kəsin xalı başqa cür yozduğunu etiraf edərək, bununla bağlı kompleks yaşadığını bildirib:
"Bu xalımın üzərinə tonal krem vuranda qara ləkəyə çevrilir. Ona görə hər dəfə məcburam ki, bunu gizlədim. Bu, mənim fiziki quruluşumdur. Mən buna görə çox böyük kompleks yaşayıram. 42 yaşım var. Bəzi şeyləri sübut etməyə çalışırıq, amma bir dəfə deyib mövzunu bağlayırıq". 


///cebhe.info

Xəbər xətti