Ənvər Həsənovun səhhəti ilə bağlı məsələ nəzarətə götürüldü

17:50 - 29 Avqust 2022 - Mədəniyyət

“Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məsələ Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən nəzarətə götürülüb”.

Bunu “Report”a açıqlamasında ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

O bildirib ki, ittifaqın sədri Şəfiqə Məmmədova aktyoru şəxsən özü ziyarət edib:

“Dəyərli aktyorumuz Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Bu gün ittifaqın sədri Şəfiqə Məmmədova onu şəxsən özü ziyarət edib. Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin də qərarı ilə aktyorun səhhəti ittifaqın nəzarətindədir. Bütün lazımi tapşırıqılar verilib. Hazırda xəstəxanadadır. Vəziyyəti stabildir”.

Qeyd edək ki, 72 yaşlı aktyor xəstəxanaya yerləşdirilib.

Xəbər xətti