Ana səhifə
14 Noyabr 2018

Qazax rayonunda 2014-cü ildə 20123 ton taxıl istehsal olunub

Orta hesabla hər hektardan məhsuldarlıq 25,6 sentnerə çatdırılıb

 

 

 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilində Qazax rayonunda iqtisadi göstəricilər artıb. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı artıb.Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar qəbul edilmiş Sərəncam və Qərarların icrasının nəticəsidir ki, 2014-cü ildə biçilmiş 7880 hektar sahədən 20123 ton taxıl istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 3756 ton çoxdur. Orta hesabla hər hektardan məhsuldarlıq 25,6 sentnerə çatdırılıb. Bununla yanaşı meyvə istehsalı 627 ton artırılaraq 14185 tona, üzüm istehsalı 35 ton artırılaraq 3614 tona, kartof istehsalı isə 360 ton artırılaraq 3560 tona çatdırılıb.

Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2014-cü ilin iyun ayında 5070 nəfər istehsalçının becərdiyi 13553 hektar sahə üçün 542120 manat yanacaq və motor yağına görə yardım hesablanaraq verilib. Ötən ilin dekabr ayında 1979 nəfər istehlakçının 3883 hektar əkdiyi buğda sahəsi üçün 153324 manat yardım hesablanaraq sənədlər Respublika Yardım Komissiyasına təqdim edilib. İl ərzində istehsalçılara güzəştli qiymətlə 81 ton azot kübrəsi satılıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2013-cü il tarixli Sərəncamı ilə 2014-cü ildə rayona 2 ədəd yeni taxılyığan kombayn gətirılmışdır. Bu da taxıl məhsulunun qısa müddətdə itkisiz yığılmasına şərait yaradacaqdır. Mövcud şum traktorlarından və digər kənd təsərrüfatı texnikalarından səmərəli istifadə olunaraq kifayət qədər şum qaldırılıb. Bunun nəticəsidir ki, 2015-ci ilin məhsulu üçün 5559 hektarda payızlıq taxıl səpilib. Bunun 4165 hektarı buğdadır.

2014-cü ilin yazında və payızında rayon ərazisində 295500 ədəd müxtəlif növ ağaclar əkilib, bunun da 50000 ədədi magistral yol kənarlarına, şəhər və kənd daxilinə, 245500 ədədi isə Meşə Mühafizəsi və Bərpası müəssisəsi tərəfindən əkilib. Əkilmiş ağaclara aqrotexniki xidmət işləri davam etdirilir.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması üçün əsas amillərdən biri bitkilərin vaxtında və kifayət qədər suvarma suyu ilə təmin olunmasıdır.

Suvarma suyunda yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə 2014-cü ildə rayon ərazisində 18 ədəd subartezian quyusu qazılıb və 9 ədəd subartezian quyusunun qazılmasi sənətləşdirilib. Suvarma Sistemləri idarəsi tərəfindən 2014-cü vegetasiya ilində havaların çox quraq keçməsi və su mənbələrində kifayət qədər suvarma suyunun toplanmaması nəticəsində istehsalçılar suvarma suyu ilə tam təmin olunmamışlar. Mövcud suvarma sularından itkisiz və daha səmərəli istifadə edilməsi məqsədilə Suvarma Sistemləri idarəsinin rəhbərliyi  işini daha səmərəli qurmalıdır. Yalnız ayrıclardan təsərrüfatlara 62,1 milyon kub metr əvəzinə 44,4 milyon kub metr su verilib . Bununla artan yekunla 26011 min hektar əkin sahəsi suvarılıb ki, bu da nəzərdə tutulandan çox azdır. Qazax Suvarma Sistemləri idarəsi tərəfindən 2014-cü ildə 703 min kub metr arxlarda lildən təmizlənmə işləri aparılıb. Bundan 299000 kub metri Qazax Melioservis idarəsi tərəfindən aparılıb. Örtülü suvarma şəbəkələrində Dövlət Proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir.
2014-cü ildə 668 baş iri buynuzlu heyvan süni yolla mayalandirilmış ,əvvəlki ildə mayalandırılmış heyvanlardan 744 baş bala əldə edilib. Kəndlərdə heyvandarlıq sahəsində bu işlərin genişləndirilməsi ləng gedir. Odur ki, aidiyyəti idarələr, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri bu işin məsuliyyətini dərk edərək tam ciddiliyi ilə müvafiq tədbirlər keçirilməsini təmin etməlidirlər.
Heyvandarlıq sahəsində zoobaytar tədbirlərin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı artmaqdadır. Belə ki,  2014-cü ildə ötən ilə  nisbətən 1330 ton artıq süd istehsal olunaraq  29002 tona, 122 ton (diri çəkidə) artıq ət istehsal olunaraq 5252 tona və 198000 ədəd çox yumurta alınaraq 11 milyon 200 min ədədə, iribuynuzlu mal-qaranın baş sayı 7 baş artaraq 30095 başa çatdırılıb. Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun sözlərinə görə, Qazax Baytarlıq idarəsinin rəhbərliyi rayon ərazisində satılan ət və süd məhsullarının keyfiyyətinə və onların satıldığı obyektlərin sanitariya qaydalarına uyğun olmasına nəzarəti gücləndirməlidir.

Əhalinin Sosial Müdafiəsi Fondunun rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2014-cü ildə ödəniş müəssisələrinə 27812000 manat vəsait köçürülüb. Bu keçən ilin müvafiq dövrünə nisbətən 2041 manat çoxdur. 2014-cü ildə şöbədə sosial sığorta haqları üzrə yığım proqnozu 94,5 faiz yerinə yetirilib. Toplanmış vəsait 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 516000 manat artıq olub. 2014-cü ildə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən  4557528 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilib. Bu rəqəm 2013-ci illə müqayisədə 239000  manat azdır. Prezident İlham Əliyevin 29 avqust 2013-cü il tarixli fərmanına əsasən 2013-cü ilin 01 sentyabr tarixindən müavinətlərin məbləği artırılmışdır. 2014-cü ildə 1434 ailəyə 2774522 manat ünvanlı sosial yardım təyin edilib və ödənilib.

Hesabat ili ərzində əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidməti sahələrində də bir sıra işlər görülüb. Qazax Telekommunikasiya Qovşağı cari ildə  planı 101 faiz yerinə yetirmiş və ötən müddət ərzində 54 ədəd yeni telefon xətti çəkilərək  vətəndaşların istifadəsinə verilib. Qazax Poçt filialı 2014-cü il ərzində planı 113 faiz yerinə yetirərək  əhalidən elektrik enerjisi, qaz, su, telefon, vergi və sair pulları qəbul edilib aidiyyəti təşkilatların bank hesablarına köçürmüşdür. Filial tərəfindən müxtəlif ünvanlara 6831 məktub və 728 ədəd bağlama göndərilib, 11542 məktub və 2355 bağlama qəbul edilib.

“Qazax-Avtovağzal ATSC tərəfindən 2014-cü ildə  306000 sərnişinə xidmət göstərilərək plan 102,4 faiz yerinə yetirib. 27 saylı Yol İstismar İdarəsi 58 km respublika əhəmiyyətli, 134 kilometr yerli əhəmiyyətli avtomobil yollarına  və uzunluğu 914 p/m olan 23 ədəd körpülərə xidmət edir. 2014-cü ildə idarəyə “Azəryolservis tərəfindən 1 ədəd TATRA markalı avtoekskavator verilib.

Qazax Mənzil İstismar Sahəsinin balansında olan 7 yaşayış binasının dam örtüyündə əsaslı, 12 binanın dam örtüyündə və 21 binanın   kanalizasiya sistemində cari təmir işləri aparılıb. 2014-cü il ərzində vətəndaşlardan yığılan mənzil xidmət haqqı 109,7 faiz olub. Qazax Kommunal Müəssisələri Kombinatı əsasən şəhərin təmizliyi və yaşıllaşdırılması işi ilə məşğul olur. 2014-cü ildə Nazirlər Kabinetinin bölgüsünə əsasən müasir tələblərə cavab verən 80 ədəd diyərcəklər üzərində olan tutumlar kombinata gətirilib.

Hesabat ilində əhalinin elektrik enerjisi, qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilib.

Elektrik Şəbəkəsi tərəfindən 2014-cü il ərzində cəmi pul yığımı 4416000 manat yerinə yetirilib. Ümumi  yığım 96,1 faiz, o cümlədən yerli əhali üzrə 97,7  faiz olub.  2013 və 2014-cü illərin göstəricilərini müqayisə edərkən cəmi pul yığımında 49100 manat, o cümlədən yerli əhali sektorunda 20800 manat artım olub.

2014-cü il ərzində Qazax rayon Qaz İstismar Sahəsi tərəfindən əhali abonentlərə satılmış qazın yığım faizi 95,6 faiz olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 482593 manat çoxdur. Rayon üzrə qazlaşma 100 faiz başa çatdırılıb.  Ümumillikdə 2014-cü ildə  219 nəfər yeni abonent təbii qazla təmin edilib. 
(ardı var)

Tarix
20 Aprel 2015 [19:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin