Ana səhifə
16 Noyabr 2018

Partiya sədrinin ölümündə şok iddia

Türkiyədə Böyük Birlik Partiyasının (BBP) keçmiş liderinin köməkçisi Mətin Gündoğdu qatıldığı televiziya proqramında şok iddia ilə çıxış edib.

 

Ucnoqta.az” xəbər verir ki, Gündoğdu BBP-nin yaradıcısı Möhsün Yazıçıoğlunun qaranlıq ölümü ilə bağlı yeni iddia ilə çıxış edərək, qəzada Milli İstehbarat Təşkilatının (MİT) keçmiş bölmə sədri Ramazan Akyüreyi laqeydlikdə günahlandırıb.

 

Gündoğdu Türkiyədə böyük səs-küyə səbəb olan bu hadisənin pərdəarxası məqamlarına aydınlıq gətirərək, Yazıçıoğlunun dinlərarası dialoqa qarşı olduğunu deyib:

 

“Rəhmətlik Yazıcıoğlu nurçuların dinlərarası dialoq layihəsinə qarşı idi. Partiyada isə bir çox insan seçkilərində Ərdoğana dəstək verdi”.

 

Yazıçıoğluynun ölümündə nurçuların əli olduğunu deyən Gündoğdu 2009-cu ildə baş verən qəzada Ramazan Aykürəyin bilavasitə rolu olduğunu açıqlayıb:

 

“2004-cü ildən etibarən Trabzondaki hadisələrlər zamanı  bu quruluşun (Gülən camaatının) içində olduğu iddia edilən Ramazan Akyürək 2009-cu ildə rəhmətlik Muhsin Yazıcıoğlu vəfat edərkən kəşfiyyat dairə başçısı idi. Amma kəşfiyyat Yazıçıoğlunun axtarış xilasetmə işlərindən boyun qaçırdı. Buna görə onlar ittiham olunmalıdır”.

 

Xatırladaq ki, 2009-cu il martın 25-də Möhsün Yazıçıoğlunu Qəhrəmanmaraşdan Yozqata aparan vertolyot naməlum səbəbdən qəzaya uğramışdı. Hələ də qaranlıq qalan qəzada 6 nəfər həyatını itirmişdi. (Axar.az)

Tarix
18 Oktyabr 2014 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin