Ana səhifə
20 Noyabr 2018

Türkiyə vətəndaşı “Mercedes”ini ağaca çırpdı - Göyçayda

Göyçay rayonunda yol qəzası baş verib. 
 

 

Ucnoqta.az”ın APA-ya istinadən xəbərinə görə, hadisə oktyabrın 17-də gecə Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, rayonun Potu kəndi ərazisində qeydə alınıb. 

Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Tarık Gülşən Ramazan idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına it çıxıb. Sürücü heyvanı vurmamaq üçün avtomobili kənara çəkib və idarəetməni itirərək ağaca çırpıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Tarix
18 Oktyabr 2014 [17:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin