22 il əvvəl törədilmiş qətlin üstü açıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Bu barədə hər iki dövlət qurumunun mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Belə ki, 15 fevral 2000-ci il tarixdə Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Yolçuyeva Solmaz Rzaqulu qızının yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanaraq istintaq aparılsa da, təqsirləndirilən şəxs müəyyən edilmədiyindən iş üzrə icraat 16 iyul 2001-ci il tarixdə dayandırılıb.

16 avqust 2022-ci il tarixdə icraat təzələnərək istintaq Gəncə Şəhər Prokurorluğu tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla Gəncə şəhər sakinləri - 1977-ci il təvəllüdlü Elsevər Məmmədov, 1980-ci il təvəllüdlü Xəyal Səfərov və 1978-ci il təvəllüdlü Arzu Hacıyevin cinayət əlaqəsinə girərək külli miqdarda pulu quldurluq yolu ilə talamaq məqsədilə Solmaz Yolçuyevanı yaşadığı mənzildə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə cinayət əməlində şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa cəlb edilib, digər şəxslərin - X.Səfərovun 2001-ci ildə Qazaxıstanda, A.Hacıyevin isə 2004-cü ildə Rusiya Federasiyasında ölmələri müəyyən olunub.

Toplanan mötəbər sübutlar əsasında E.Məmmədova Cinayət Məcəlləsinin (köhnə redaksiya) 94.1-ci maddəsi ilə (tamah məqsədilə qəsdən adam öldürmə) ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
18 Avqust 2022 [17:32]
Müəllif
Üç nöqtə
2022-08-18 17:32:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin