Göyçayda 4 otaqlı ev yanıb kül oldu

Göyçay rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün saat 20:30 radələrində Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1950-ci il təvəllüdlü Zeynalova Fəridə Heydər qızına məxsus ümumi sahəsi 165 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısını alıblar.

Hazırda ərazidə alovun tam söndürülməsi prosesi gedir. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///apa

Tarix
13 Avqust 2022 [21:24]
Müəllif
Üç nöqtə
2022-08-13 21:24:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin