Prezident və birinci xanım “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda

14:06 - 12 Avqust 2022 - Xəbər

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Ucnoqta.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma qoruq ərazisində görülən işlər barədə məlumat verilib.

Xəbər xətti