Şəmkirdə 24 yaşlı qadın itkin düşüb - Foto

13:19 - 12 Avqust 2022 - HADİSƏ

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ucnoqta.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, A. Məmmədovanın əlamətləri belədir: boyu 168 sm, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində sarı köynək, qəhvəyi rəngli don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər xətti