Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi

08:50 - 11 Avqust 2022 - DÜNYA

Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. KXDR-in rəhbəri Kİm Çen Inın bacısı, Əmək Partiyasının sədr müavini Kim E Çjon ölkədə koronavirusun cənubla sərhəd ərazilərdən yayıldığını bildirib.

“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik” – deyə KXDR liderinin bacısı vurğulayıb.

Xəbər xətti