Göygöldə dörd qız dərmandan zəhərləndi

22:48 - 10 Avqust 2022 - HADİSƏ

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

Xəbər xətti