Son sutkada koronaya yoluxanların sayı açıqlandı

16:38 - 10 Avqust 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir. Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.


Xəbər xətti