Ana səhifə
21 Noyabr 2018

Serjin səyləri qırıldı

Sarkisyanın ömürlük hakimiyyət arzusu puç oldu

 

Ermənistan prezidenti Serj Sarkisyan tüpürdüyünü yalayır.

 

Erməni dövlətinin başçısının mətbuat katibi bildirib ki, konstitusiya islahatı konsepsiyası barədə yekun qərar Serj Sarkisyan tərəfindən gələn ilə keçirilib. Görünür, prezidentin özünü qoruma instinkti işə düşüb.

 

Çünki bütün müxalifət partiyaları bunun əleyhinə çıxırdı, oktyabrın 10-da keçirilmiş böyük etiraz mitinqində onların tələbini 60 min adam dəstəkləyib. Yerli ekspertlər yazır ki, konstitusiya islahatlarının qəbul edilməsi Sarkisyana uzun illər hakimiyyətdə qalmağa imkan verərdi, sadəcə, yerini baş nazir kürsüsünə dəyişməli olacaqdı.

 

Erməni prezident sanır ki, müzakirənin vaxtını təxirə salmaqla uzunmüddətli pauza götürüb. Onun fikrincə, bu mürəkkəb və qarışıq oyunda çox vacib şahmat gedişi edib.

 

Əks düşərgədə isə tamamilə fərqli düşünürlər. Politoloqların fikrincə, çətin ki, onlar bu cür tələyə düşsünlər: "Siz tələb etdiniz, biz sizi dinlədik və vaxtı dəyişdik".

 

Müxalifət artıq bəyan edib ki, konstitusiya islahatları onlar üçün ikinci məsələdir, əsas məsələ indiki dövlət başçısının istefasıdır. Hakimiyyət müxalifəti parçalamaq və oktyabrın 24-ə nəzərdə tutulmuş ümumerməni etiraz aksiyasını pozmaq üçün böyük səylər sərf edir, amma onda heç nə alınmır.

 

İnsanlar yenə də küçələrə və meydanlara çıxajaq, yekdilliklə qışqıracaqlar: "Sarkisyan, çıx get!"

Tarix
18 Oktyabr 2014 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin