"Fikrimizcə, biz udmalı idik, amma... " - Çerçesov

"Əslində oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq". Ucnoqta.az xəbər verir ki, bunu "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib. Rusiyalı mütəxəssis bildirib ki, səhvləri sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil: "Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq". 59 yaşlı baş məşqçinin sözlərinə görə, özündən razı olmaq pis deyil: "Hətta deyərdim ki, belə oyunlıar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənə aiddir. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı analiz edəcəyik". O, "Qarabağ"ın çox güclü komanda olduğunu vurğulayıb: "Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Rəqib qələbəyə layiq idi. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı. Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır".///report
Tarix
10 Avqust 2022 [00:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-10 00:57:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin