Şam ağaclarının qurudulması faktı araşdırılıb - ETSN

18:10 - 9 Avqust 2022 - Xəbər

Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, “Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağaclarının qurudulması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib və ağacların kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruduğu müəyyən olunub.

Vaqif Cavadov əlavə edib ki, qurumuş ağacların əvəzinə payız mövsümündə yeni ağaclar əkiləcək.

Xəbər xətti